...

DİN: Havalandırma sistemi ilə Bakı Metropoliteninə daxil olmaq istəyən şəxslə bağlı araşdırmalar davam etdirilir

Cəmiyyət Materials 28 Mart 2016 12:47 (UTC +04:00)
Martın 25-də havalandırma sisteminin borusu vasitəsilə Bakı Metropoliteninin ərazisinə daxil olmaq istəyən Belarus vətəndaşı ilə bağlı əsas diqqətçəkən məqamlardan biri iki ölkənin müvafiq dövlət qurumlarının saxlanılan şəxs barəsində operativ şəkildə biri-birilərini məlumatlandırmaları və bu işdə fəal əməkdaşlıq etmələri oldu.
DİN: Havalandırma sistemi ilə Bakı Metropoliteninə daxil olmaq istəyən şəxslə bağlı araşdırmalar davam etdirilir

Bakı. Trend:

Martın 25-də havalandırma sisteminin borusu vasitəsilə Bakı Metropoliteninin ərazisinə daxil olmaq istəyən Belarus vətəndaşı ilə bağlı əsas diqqətçəkən məqamlardan biri iki ölkənin müvafiq dövlət qurumlarının saxlanılan şəxs barəsində operativ şəkildə biri-birilərini məlumatlandırmaları və bu işdə fəal əməkdaşlıq etmələri oldu.

DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov fakt üzrə araşdırmaların davam etdirildiyini bildirib. O, cinayətkarlıqla mübarizə sahəsində istər çoxtərəfli, istərsə də ikitərəfli formatda ölkəmizin bir sıra dövlətlərin, o cümlədən Belarus Respublikasının aidiyyatı orqanları ilə fəal, səmərəli və işguzar əlaqələrinin mövcudluğunu xatırladıb, adıçəkilən şəxs barəsində müvafiq tədbirlərin hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair sazişin tələblərinə uyğun olaraq həyata keçirildiyini diqqətə çatdırıb.

DİN-nin sözçüsü, həmçinin, fürsətdən istifadə edərək S.İlyevskiy barəsində Azərbaycan tərəfinin sorğularını operativ şəkildə cavablandırdığına və bu işdə yaxından iştirak etdiyinə görə Belarus Respublikasının hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib, qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyini vurğuylayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti