...

Bilik Fondu Şəkidə mühazirə təşkil etdi (FOTO)

Cəmiyyət Materials 30 Mart 2016 16:01 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində ali məktəblərdə silsilə mühazirələr təşkil edir. Belə mühazirələrdən biri martın 30-u Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında gerçəkləşib.
Bilik Fondu Şəkidə mühazirə təşkil etdi (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Qafqaz Albaniyasını öyrənirik" layihəsi çərçivəsində ali məktəblərdə silsilə mühazirələr təşkil edir. Belə mühazirələrdən biri martın 30-u Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında gerçəkləşib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, mühazirə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi, ilahiyyət üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov tərəfindən deyilib.

C.Məmmədov bildirib ki, əlverişli strateji coğrafi mövqedə yerləşən Azərbaycan VII əsrin 40-cı illərindən başlayaraq, xilafət ordusunun davamlı yürüşlərinə məruz qalmış, Ərəb xilafətinin tərkibinə daxil olmuş və islam dininin ölkədə yayılması prosesi başlanmışdı. Mühazirəçi ilkin mənbələrə əsaslanaraq söyləyib ki, Azərbaycanı özünə tabe edən Ərəb xilafəti zərdüştlüyü və bütpərəstliyi təqib etsə də, sasanilərin bölgədə apardığı dini siyasəti davam etdirmiş, monoteist xristianlara dözümlə yanaşıb, Bizans amilini nəzərə alaraq diofizitliyə qarşı sərt mövqedən çıxış edib. Bu dövrdə ölkə əhalisi Ərəb xilafətinə qarşı ciddi müqavimət göstərib və ayrı-ayrı bölgələrdə üsyanlar baş verib. Onların arasında ən məşhuru Babəkin rəhbərlik etdiyi xürrəmlik hərəkatı olub.

"Qafqaz Albaniyasında islam dininin yayılması" mövzusuna diqqət çəkən mühazirəçi bildirib ki, islam dininin Azərbaycanda yayılması üçün uzun bir zaman lazım olub.

Mühazirəçi, eyni zamanda ermənilərin həmin dövrdə bölgədə yaşayan xalqlara qarşı yönəltdiyi məkrli planları apardığını vurğulayıb, VIII əsrin əvvəllərində Alban Apostol kilsəsinin yaşadığı faciəvi olayları diqqətə çatdıraraq, qeyd edib ki, IV əsrin sonlarından başlayaraq, özünə yeni "vətən" axtaran ermənilərə rəhbərlik edən, erməni-qriqorian kilsəsi onlara tarixən məxsus olmayan mədəniyyət abidələrinə sahib çıxmaq və bu mədəniyyəti özündə daşıyan torpaqlara iddia bildirmək məqsədi ilə erməni-qriqorian kilsəsi riyakarlıq edərək, Alban Apostol kilsəsinə ağır zərbə endiribr. Öz məkrli siyasətini əsrlərlə davam etdirən erməni-millərçiləri, XX əsrin əvvəllərində Azərbaycanın tarixi torpaqlarına əsassız iddialarla çıxış edərək, soyqırım siyasəti aparıb, on minlərlə insanı qətlə yetiriblər.

Tələbələrlə keçirilən görüşdə Azərbaycan Respublikasının Dini Qurumlarla işlər üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru, Rafiq Rəsulov və Bilik Fondunun Şəki nümayəndəsi Bəkir Xəlilov iştirak edib.

Mühazirəni diqqətlə dinləyən tədbir iştirakçıları C.Məmmədova suallar verib, mövzu ətrafında geniş müzakirələr keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti