...

Azərbaycan Gənc Psixoloqların I Ümumrespublika Forumu

Cəmiyyət Materials 27 Aprel 2016 18:19 (UTC +04:00)
Aprel ayının 28-də saat 14:00-da Binəqədi Rayonu İcra Hakimiyyətinin akt zalında Azərbaycan Gənc Psixoloqların I ümumrespublika forumu keçiriləcək.
Azərbaycan Gənc Psixoloqların I Ümumrespublika Forumu

Bakı. Trend:

Aprel ayının 28-də saat 14:00-da Binəqədi Rayonu İcra Hakimiyyətinin akt zalında Azərbaycan Gənc Psixoloqların I ümumrespublika forumu keçiriləcək.

Trend-in məlumatına görə, "ASAN Könüllüləri" Gənclər təşkilatı, "Gənc Psixoloqlar" İctimai Birliyi və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunan forum "Psixi sağlamlıq istiqamətində həyata keçirilən tədbirlərin dövlətin inkişafında rolu" və "Psixologiya elmi insan fəaliyyətinin əsas aləti kimi" əsas mövzuları üzrə iki paneldən ibarət olacaq.

Qeyd edək ki, dövlət rəsmiləri və gənclər təşkilatlarının da iştirak edəcəyi bu forumda mövzuya maraqlı olan hər bir şəxs iştirak edə bilər. Forumda iştirak etmək üçün online qeydiyyat formasını doldurmaq kifayətdir.

Forum haqqında daha ətraflı məlumat və qeydiyyat üçün link: https://www.facebook.com/events/979575972077746/
İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti