...

Səfir: Azərbaycanın təbiəti möhtəşəmdir

Cəmiyyət Materials 4 May 2016 12:18 (UTC +04:00)
Gəncə Avropa Gənclər paytaxtı 2016-nın açılış mərasimində iştirak edən Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqas iki ölkə arasındakı münasibətlərdən danışıb.
Səfir: Azərbaycanın təbiəti möhtəşəmdir

Bakı. Trend:

Gəncə Avropa Gənclər paytaxtı 2016-nın açılış mərasimində iştirak edən Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqas iki ölkə arasındakı münasibətlərdən danışıb. Diplomat turizmin inkişafı baxımından bölgənin əlverişli imkanların olduğunu bildirib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, səfir bildirib ki, ölkələr arasında əlaqələr günbəgün genişlənir: "Xüsusilə, Azərbaycanın qaz layihələrinə qoşulması münasibətlərə müsbət təsir göstərdi. Mədəni və digər sahələrdə də əlaqələr genişlənir. Yunanıstan turizmlə bağlı böyük inkişaf yolu keçib. Azərbaycanın da təbiəti möhtəşəmdir. Burada xidmət və infrastruktur sahələrinin də inkişafı vacibdir".

Qeyd edək ki, açılış mərasiminə İrlandiya, İtaliya, Portuqaliya, Macarıstan, Polşa, Rumıniya, Sloveniya, Yunanıstan, Bolqarıstan və digər ölkələrdən nümayəndələr dəvət olunublar.

Proqrama Gəncə şəhərindəki Gənclər Evinin və "Gəncə - Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin ofisinin açılışı, müxtəlif sərgilərin təşkili, Avropa Paytaxtları Şəbəkəsinin görüşü, "Qadınlar zirvədə" layihəsinin təqdimatı və digər tədbirlər də daxildir.

"Avropa Gənclər Paytaxtı" layihəsi ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb. Layihənin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Avropanın ilk gənclər paytaxtı 2009-cu ildə Niderlandın Rotterdam şəhəri seçilib. Daha sonra Turin (İtaliya), Antverpen (Belçika), Braqa (Portuqaliya), Maribor (Sloveniya), Saloniki (Yunanıstan), Kluj Napoca (Rumıniya) Avropa gənclər paytaxtları olub. Gəncə bu estafeti qəbul edən 8-ci şəhərdir. Onun 2016-cı ildə "Avropa Gənclər Paytaxtı" seçilməsi barədə qərar 2013-cü il aprelin 10-da Yunanıstanın Saloniki şəhərində elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti