Bakı. Hüseyn Vəliyev - Trend:
MilliÖn ödəniş terminallarında ictimai nəqliyyatda gediş haqqı üçün kartların (BakıKart) yüklənməsində yaranan problemlər onunla əlaqədardır ki, terminalların "BakıKart" sisteminə inteqrasiyası tam başa çatmayıb. Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
O bildirib: "Belə problemlərin aradan qaldırılması üçün bütün zəruri tədbirləri görürük".
"Komtec" şirkətindən isə Trend-ə deyiblər ki, şirkət hazırda həmin problemlərin aradan qaldırılması üçün iş aparır: "Şirkətdə yaradılmış xüsusi qrup terminallarımızın "BakıKart" sisteminə inteqrasiya layihəsi ilə məşğul olacaq".