...

Hacı Məmmədovun həbsdə olan həyat yoldaşı Amnistiya aktına düşməyib

Cəmiyyət Materials 16 İyun 2016 10:41 (UTC +04:00)
Adam oğurluğu və digər ağır cinayətlər törədən mütəşəkkil dəstənin başçısı, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədovun həyat yoldaşı, adı çəkilən dəstənin üzvü Nailə Quliyeva azadlığa buraxılmayıb.
Hacı Məmmədovun həbsdə olan həyat yoldaşı Amnistiya aktına düşməyib

Bakı. Samir Əli - Trend:

Adam oğurluğu və digər ağır cinayətlər törədən mütəşəkkil dəstənin başçısı, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədovun həyat yoldaşı, adı çəkilən dəstənin üzvü Nailə Quliyeva azadlığa buraxılmayıb. Trend-in məlumatına görə, N.Quliyeva iyunun 15-dən icrasına başlanan Amnistiya aktına düşməyib və o, azadlığa buraxılmayıb. Hazırda N.Quliyeva Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

Xatırladaq ki, N.Quliyeva 2005-ci il martın 10-da H.Məmmədovun dəstə üzvü kimi saxlanılıb və barəsində 13 il müddətinə həbs qətimkan tədbiri seçilib. N.Quliyeva Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlanmasında təqsirləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti