Bakı. Trend:
"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib. Trend-in məlumatına görə, tamaşaçılar zəkaların “Nəsirəddin Tusi” mövzusunda olan mübarizələrini izləyiblər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi tələbəsi Orxan Fətiyev , sarı yolda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Kamil Kamilli, yaşıl yolda isə Qafqaz Universitetinin tələbəsi Qorxmaz Aydınlı mübarizə aparıb. Bu qarşılaşmanın qalibi Orxan Fətiyev olub.
Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün “Parlaq Zəka” intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran kartlar təqdim edilir. İntellekt Şousunun III mövsümündə hazırda bakalavr təhsilini davam edən I, II, III kurs tələbələri müraciət edə bilər.
İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az-dır.