...

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası 10 yaşını qeyd edir

Cəmiyyət Materials 5 İyul 2016 14:19 (UTC +04:00)
Bu gün Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin 10 yaşı tamam oldu.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası 10 yaşını qeyd edir

Bakı. Trend:

Bu gün Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin 10 yaşı tamam oldu.

ASGA 2006-cı ilin 30 iyun tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 10 il ərzində çox istiqamətli fəaliyyəti ilə seçilən QHT-nin təsisçisi və sədri Səbuhi Abbasovdur.

Təşkilat bu illər ərzində ciddi uğurlar əldə edib. ASGA 100-dən çox layihə reallaşdırıb ki, onlardan 15-ni beynəlxalq layihələr təşkil edir.

Təşkilatın media qurumları ilə sıx əməkdaşlığı qurulub. İndiyə kimi QHT haqqında 3785 məqalə dərc edilib. Hazırda ASGA-nın Rusiyada, Ukraynada və Polşada nümayəndəlikləri fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi ölkəmizin Slavyan ölkələrində layiqincə təbliğini və gənclərarası innovativ inteqrasiyanı təmin etməkdən ibarətdir.

Bu gün ASGA Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Milli QHT-lər Forumu, Gənclər Təşkilatları Milli Şurası ilə sıx əməkdaşlıq edir. Bundan başqa, ASGA Avropa Şurası Gənclər Departamenti, Rusiyada Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı Fondu və Slavyan ölkələrində fəaliyyət göstərən səfirliklərlə əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti