...

BDU tələbələrindən multikulturalizmə dəstək (FOTO)

Cəmiyyət Materials 7 Sentyabr 2016 11:27 (UTC +04:00)
BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) universitetin ictimaiyyətçi-fəal tələbələrinin yay tətili dövründə istirahətini səmərəli, əyləncə dolu və maraqlı keçirmək məqsədi ilə respublikamızın səfalı, yay turizm obyektlərinə, tarixi diyarşünaslıq muzeylərinə mütamadi ekskursiyalarını təşkil edib.
BDU tələbələrindən multikulturalizmə dəstək (FOTO)

Bakı. Trend:

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) universitetin ictimaiyyətçi-fəal tələbələrinin yay tətili dövründə istirahətini səmərəli, əyləncə dolu və maraqlı keçirmək məqsədi ilə respublikamızın səfalı, yay turizm obyektlərinə, tarixi diyarşünaslıq muzeylərinə mütamadi ekskursiyalarını təşkil edib.

BDU-dan Trend-ə verilən məlumata görə, BDU THİK 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsini əsas götürərək bölgələrdə yaşayan etnik qrupların mədəniyyətləri haqqında tələbələri məlumatlandırır və bununla Azərbaycan Respublikasında multikulturalizmə dəstəyini nümayiş etdirir.

BDU THİK tələbələrin yay tətilinin səmərəli təşkil olunması üçün son ekskursiyasını təşkil edib. Ekskursiyalar çərçivəsində tələbələr son olaraq Qəbələ rayonunda olublar.

Ekskursiyalarda BDU gəncləri Oğuz rayonu tarixi və turistik obyeklərində, Qəbələ rayonunun Nohur göl, Qəbələnd, Yeddi Gözəl şəlaləsi, Tufandağ yay-qış kompleksində, İsmayıllı-Lahıc turunda isə Lahıc qəsəbəsində, Lahıc Tarixi Diyarşünaslıq muzeyində, Dağ şəlaləsində, Asma körpüdə olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti