...

"Nardaran işi" ilə bağlı məhkəmə təxirə salınıb

Cəmiyyət Materials 23 Sentyabr 2016 12:35 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
"Nardaran işi" ilə bağlı məhkəmə təxirə salınıb

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə vəkillər vəsatət qaldıraraq təqsirləndirilən şəxs Abbas Hüseynovun məhkəmədə iştirak etməsini istəyiblər. Hakim bildirib ki, bunun üçün A.Hüseynovun özü məhkəməyə müraciət etdikdən sonra məhkəmə bu məsələyə baxa bilər.

Vəkillər təqsirləndirilən şəxslərlə məsləhətləşmək üçün məhkəmədən vaxt istəyiblər. Təqsirləndirilən şəxslərin vəkilləri yenidən vəsatətlə çıxış edərək bildiriblər ki, təqsirləndirilən şəxslər A.Hüseynovun məhkəmədə iştirak etməsini istəyirlər. Vəsatət təmin edilməyib.

Prosesdə təqsirləndirilən şəxslər qarışıqlıq yaradıblar.

Proses sentyabrın 28-nə təxirə salınıb.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti