...

38 saylı seçki məntəqəsinin sədri: Seçici fəallığı hiss olunur (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2016 11:52 (UTC +04:00)
Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında 2 seçki məntəqəsi fəaliyyət göstərir.
38 saylı seçki məntəqəsinin sədri: Seçici fəallığı hiss olunur (FOTO)

Bakı. Samir Əli - Trend;

Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında 2 seçki məntəqəsi fəaliyyət göstərir.

Trend-in məlumatına görə, 28 saylı 3-cü Sabunçu Dairə Seçki Komissiyasının 37 və 38 saylı seçki məntəqələrində məhkumlar səs verirlər.

38 saylı seçki məntəqəsinin sədri Oruc Əliyev bildirib ki, təcridxanadakı məntəqələrdə seçki səhər saat 8:00-da başlayıb. Məhkumlar normal qaydada səs verirlər. Səsvermə könüllülük qaydasında həyata keçirilir və seçici fəallığı hiss olunur.

Məntəqə sədri bildirib ki, təcridxananın tibb hissəsində müalicə olunan məhkumların səsverməsi üçün səyyar seçki qutuları yaradılıb və həmin qutular məntəqə seçki komissiyasının əməkdaşları vasitəsilə tibb sanitar hissəsinə aparılaraq orada müalicə olunan məhkumların səs verməsini təmin edir.

Hər məntəqədə 6 seçici kabinəsi yaradılıb.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti