...

FHN itkin düşmüş neftçilərin axtarışına helikopter cəlb edib

Cəmiyyət Materials 15 Dekabr 2016 13:00 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) dənizdə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin axtarışına helikopter cəlb edib.
FHN itkin düşmüş neftçilərin axtarışına helikopter cəlb edib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) dənizdə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin axtarışına helikopter cəlb edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 15-də səhər saat 05 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin dərhal axtarışına baslanıb.

Külək estakadanı dənizə uçurdu: 10 nəfər itkin düşüb (SİYAHI)

Külək estakadanı dənizə uçurdu: 10 nəfər itkin düşüb (SİYAHI)

Axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin “Vixr-5” və “Vixr-8” gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Svetlomor-2” gəmisi, həmçinin çətin hava şəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti