...

Aktual.Az-ın fəaliyyətə başlamasından üç il ötür

Cəmiyyət Materials 18 Mart 2017 22:38 (UTC +04:00)
Bu gün Aktual.Az saytının fəaliyyətə başlamasından üç il ötür.
Aktual.Az-ın fəaliyyətə başlamasından üç il ötür

Bakı. Trend:

Bu gün Aktual.Az saytının fəaliyyətə başlamasından üç il ötür.

Trend-in məlumatına görə, Aktual.Az xəbər portalı 2014-cü ilin mart ayının 18-də yaradılıb. Sayt qısa bir zamanda geniş oxucu auditoriyası toplayıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib.

Artıq iki ildir ki, ölkənin bir sıra tanınmış imzaları - siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər Aktual.Az-la əməkdaşlıq edir. www.aktual.az internet resursunda Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

Sayt 2015-ci ildə Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.

Saytın baş redaktoru əməkdar jurnalist İbrahim Rüstəmlidir.

Trend İnformasiya Agentliyi Aktual.Az kollektivini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti