...

Daha bir rusiyalı gimnast Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalibi oldu

Cəmiyyət Materials 30 Aprel 2017 13:21 (UTC +04:00)
Rusiyalı gimnast Aleksandra Soldatova Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qızıl medal qazanıb.
Daha bir rusiyalı gimnast Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalibi oldu

Bakı. Maksim Tsurkov - Trend:

Rusiyalı gimnast Aleksandra Soldatova Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qızıl medal qazanıb.

Trend-in məlumatına görə, o, topla hərəkətlər üzrə finalda 18.400 bal toplayıb.

Gümüş medal digər rusiyalı gimnast Arina Averinaya nəsib olub - 17.900 bal. Üçüncü yerə isə 17.150 bal yığan bolqarıstanlı idmançı Neviana Vladinova çıxıb.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.

Azərbaycanı qrup hərəkətləri komandasının tərkibində Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti