...

Qaradağ rayonu ilə Seul şəhəri arasında niyyət protokolu imzalanıb (FOTO)

Cəmiyyət Materials 14 İyun 2017 11:30 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhəri Qaradağ Rayonu ilə Koreyanın Seul şəhərinin Yonqsan rayonu arasında qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi və rayonlararası ənənəvi dostluq və diplomatik münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə niyyət protokolu imzalanıb.

Bu barədə Trend-ə Qaradağ Rayon İcra Hakimiyyətinə məlumat verilib.

Sung, Jang Hyun və onu müşaiyət edən nümayəndə heyətinin 11-13 iyun 2017-ci il tarixində ölkəmizə işgüzar səfəri çərçivəsində 12 iyun 2017-ci il tarixində Bakı şəhəri Qaradağ rayonunda ikitərəfli işgüzar görüşlər keçirilib.

Seul şəhərinin Yonqsan rayonun meri Sung, Jang Hyun və onu müşaiyət edən nümayəndə heyəti Lökbatan qəsəbəsində ucaldılmış Ümumilli lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq xatirəsi böyük ehtiramla yad edilmişdir. Koreyalı qonaqlar Heydər Əliyev Mərkəzində ümummilli lider H.Əliyevin həyatını və onun siyasi fəliyyətini əks edən foto stendlə tanış olmuşlar. Nümayəndə heyətinə Ümummilli lider Heydər Əliyevin həyatı, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri və siyasi fəaliyyəti haqda ətraflı məlumat verilmişdir.

Həmin gün Koreyalı qonaqlar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən qəbul edilmiş və nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilmişdir.

Görüşdə qonaqları səmimi salamlayan S.Mikayılov ötən son 25 il ərzində Koreya və Azərbaycan Respublikası arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələrdən geniş məlumat vermişdir.

Ötən müddət ərzində dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə nəhəng sosial-iqtisadi layihələrin həyata keçirildiyini, Dövlət Proqramlarının uğurlu icrası, qeyri neft sektoru və sənayenin inkişafı, ölkənin mövcud iqtisadi potensialı, yerli və xarici iş adamlarının fəaliyyəti üçün yaradılmış əlverişli biznes mühiti və iş adamlarına tətbiq edilən xüsusi güzəştlər, həmçinin Qaradağ rayonunun sənayesi, sosial-iqtisadi inkişaf göstəriciləri və ölkə iqtisadiyyatında tutduğu strateji mövqeyi haqqında geniş məlumat verilmişdir.

Sung, Jang Hyun rəsmi dəvət və səmimi qəbul üçün Rayon İcra Hakimiyyəıtinin başçısı S.Mikayılova nümayəndə heyyəti adından təşəkkürünü bildirmiş, həmçinin keçirilən görüşün və gələcək prespektivləri haqda geniş məlumat vermişdir.

Sung, Janq Hyun ölkələrimiz arasında möcvud əlaqlərdən bəhs edərək gələcəkdə bu əlaqələrin genişləndirilməsinin və iş adamlarının qarşılıqlı fəaliyyət göstərməsinin vacibliyini qeyd etmişdir.

Görüşdə ölkələr arasında mövcud olan, iqtisadi və mədəni əlaqələr çərçivəsində qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi və rayonlararası ənənəvi dostluq və diplomatik münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə niyyət protokolu imzalandı.

Görüşdə ölkəmizin iqtisadiyyatını və Qaradağ rayonunun zəngin sənaye potensialını və sosial-iqtisadi inkişafını əks etdirən təqdimat nümayiş etdirilmişdir.

Keçirilən görüşlərdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılmış, Koreyalı iş adamlarının ölkəmizin və Qaradağ rayonunun iqtisadiyyatına investisiyalar yatırılmasına dəvət edilmiş və bu əlaqlərin qarşılıqlı davam etdirilməsi qərara alınmışdır.

Səfər çərçivəsində qonaqlar Bakının tarixi və gəzməli yerləri ilə, H.Əliyev mərkəzi, Xalca muzeyi həmçinin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın fəaliyyəti ilə və Qobustan Dövlət Tarix-Bədii Qoruğunda eksponatlarla yaxından tanış olmuşlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti