...

Naxçıvanda oftalmologiya ilə bağlı elmi araşdırmlar aparılacaq (FOTO)

Cəmiyyət Materials 24 İyun 2017 15:11 (UTC +04:00)
Naxçıvanda oftalmologiya ilə bağlı elmi araşdırmlar aparılacaq.
Naxçıvanda oftalmologiya ilə bağlı elmi araşdırmlar aparılacaq (FOTO)

Bakı. Trend:

Naxçıvanda oftalmologiya ilə bağlı elmi araşdırmlar aparılacaq. Eyni zamanda, bir qrup oftalmoloq-həkim Bakıda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində təkmilləşmə kurslarına cəlb olunacaq.

Trend-in məlumatına görə, bu barədə Milli Oftalmologiya Mərkəzinin direktoru, respublikanın baş oftalmoloqu, professor Elmar Qasımov Naxçıvanda keçirilən elmi-praktik konfrasda məlumat verib.

Onun sözlərinə görə, məqsəd oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə Naxçıvan həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır.

E.Qasımov qeyd edib ki, son illər dinamik inkişaf edən tibb sahələrindən biri də oftalmologiyadır. Həm diaqnostika metodları sürətlə inkişaf edir, həm də yeni cərrahi və farmakoloji müalicə vasitələri oftalmoloji praktikaya tətbiq edilir. Mərkəzdə təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqların bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar.

O, eləcə də konyunktivit, uveit, katarakta, qlaukoma, blefarit, çəpgözlük, zəifgörmənin bütün növləri, keratit xəstələri ilə bağlı yüksək səviyyədə irəlləyişlər olduğunu deyib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktor müavini Ceyhun Nəzərli, şəkərli diabetin fəsadları və vitreoretinal şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Müşfiq Kərimov, cərrah Fərəh Abdulaliyeva, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva və digərləri məruzələrlə çıxış ediblər.

Naxçıvandan olan həkim-oftalmoloqlar da mübadilə proqramlarının onların işinə müsbət təsir edəcəyini və Bakıda təcrübə keçirilməsinin əhəmiyyətli olacağını qeyd ediblər.

O da qeyd olunub ki, Naxçıvanın bəzi ucqar rayonlarında ümumiyyətlə oftomoloq həkimlər yoxdur ki, bunun da nəticəsində pasientlər əziyyət çəkirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti