...

ETSN: Havada tozun miqdarı sanitar normanı bir neçə dəfə keçib

Cəmiyyət Materials 10 Avqust 2017 15:16 (UTC +04:00)
Güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib.
ETSN: Havada tozun miqdarı sanitar normanı bir neçə dəfə keçib

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, buna səbəb yer səthindən tozun havaya qalxması olub.

Havadan götürülmüş toz nümunələrində fiziki-kimyəvi analizlər aparılıb. Analizlərin nəticələri tozun tərkibində hər hansı kimyəvi maddənin olmadığını göstərib.

Monitorinq nəticələrinə əsasən tozun miqdarının artması lokal xarakter daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti