...

Gəncə sakini özündən 14 yaş kiçik həyat yoldaşını küçədə bıçaqlayıb

Cəmiyyət Materials 27 Sentyabr 2017 09:13 (UTC +04:00)
Gəncədə kişi həyat yoldaşını bıçaqlayıb.
Gəncə sakini özündən 14 yaş kiçik həyat yoldaşını küçədə bıçaqlayıb

Bakı. Samir Əli - Trend:

Gəncədə kişi həyat yoldaşını bıçaqlayıb.

Trend-in məlumatına görə, hadisə Gəncə şəhərində, Dədə Qorqud küçəsilə M.Bağırov küçələrinin kəsişməsində baş verib.

Şəhər sakini, 1976-cı il təvəllüdlü Süleymanov Elyar Aydın oğlu həyat yoldaşı, 1990-cı il təvəllüdlü Süleymanova Elnarə Daşdəmir qızı ilə küçədə rastlaşaraq mübahisə edib. Mübahisə davaya çevrilib və E.Süleymanov həyat yoldaşının kürək və döş qəfəsinə 4 bıçaq zərbəsi endirərək hadisə yerindən qaçmağa cəhd edib. Dərhal əraziyə cəlb edilən polis əməkdaşları hadisəni törədən şəxsi saxlayıb, yaralı isə Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti