...

Sağlam Ailə Tibb Mərkəzinin “Ultralab” filialı istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 21 İyun 2018 18:35 (UTC +04:00)
Sağlam Ailə Tibb Mərkəzinin “Ultralab” filialı istifadəyə verilib.
Sağlam Ailə Tibb Mərkəzinin “Ultralab” filialı istifadəyə verilib (FOTO)

Bakı. Trend:

Sağlam Ailə Tibb Mərkəzinin “Ultralab” filialı istifadəyə verilib.

Trend-in məlumatına görə, açılış mərasimində çıxış edən Sağlam Ailə Tibb Mərkəzinin direktoru Vüqar Eyvazov bildirib ki, 2003-cü ildən fəaliyyətə başlayan Mərkəzin “Ultralab” brendinin 2 yaşı tamam olur. Bu münasibətlə Mərkəzin Nəsimi rayonu 3-cü mikrorayon dairəsi yaxınlığında ( Asif Məhərrəmov 156c ünvanında) yerləşən “Ultralab” filialı fəaliyyətə başlayıb.

"Sağlam Ailə" Tibb Mərkəzinin ölkədə güvənlə inkişaf edən tibb müəssisəsi kimi tanındığını deyən V.Eyvazov bunu çox uğurlu bir məqam kimi qiymətləndirib: “Bakı şəhərində əhaliyə göstərdiyimiz 15 illik xidmət nəticəsində vətəndaşlarımızın daha çox inamını qazandıq. Biz bu ərazidə də "Sağlam Ailə" Tibb Mərkəzinə ehtiyacın olduğunu hiss etdik. Buna görə də Nəsimi rayonu 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Ultralab” filialımız istifadəyə verildi. Mərkəz tibb sahəsinin inkişafına istiqamətlənmiş layihələrlə bundan sonra da ölkəmizin səhiyyə sahəsinə töhfələr vermək niyyətindədir”.

"Sağlam Ailə" Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli bildirib ki, beynəlxalq standartlar əsasında fəaliyyət göstərən "Sağlam Ailə" Tibb Mərkəzinin yeni “Ultralab” filialının açılmasında məqsəd Nəsimi rayonunda yaşayan insanlara daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsini təmin etmək, əhaliyə daha çox yerdə tibbi xidmət almaq imkanı yaratmaqdır.

N.Rüstəmli əlavə edib ki, filial şəbəkəsinin genişləndirilməsi "Sağlam Ailə" Tibb Mərkəzinin müasir inkişaf konsepsiyasında prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu ilin sonuna kimi mərkəzin daha bir “Ultralab” filialının Gəncədə açılması nəzərdə tutulur.

N.Rüstəmli qeyd edib ki, mərkəzin yeni “Ultralab” filialı həftəiçi saat 07.00-dan 17.00-dək xidmət göstərəcək.

O, bunu da əlavə edib ki, iyunun 27-28-də mərkəz vətəndaşlar üçün “Yaşın qədər endirim” aksiyası həyata keçiriləcək: “Vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim edəcək və onların yaşlarına uyğun endirim tətbiq ediləcək”.

Qeyd edək ki, hazırda "Sağlam Ailə" Tibb Mərkəzi 9 ünvanda ( 5 mərkəz, 4 ASAN məntəqədə) fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti