...

Bakıxanovda eyvanlarda quraşdırılan və şəhərin estetik görünüşünü pozan paltar ipləri sökülüb (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2018 18:18 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq göstərişinə əsasən şəhərin estetik görünüşünün pozulmaması üçün paytaxtın mərkəzi prospektlərində, ayrı-ayrı qəsəbələrində yaşayan sakinlərə eyvanlardan paltar asmağı dayandırmaq barədə xəbərdarlıq edilib
Bakıxanovda eyvanlarda quraşdırılan və şəhərin estetik görünüşünü pozan paltar ipləri sökülüb (FOTO)

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq göstərişinə əsasən şəhərin estetik görünüşünün pozulmaması üçün paytaxtın mərkəzi prospektlərində, ayrı-ayrı qəsəbələrində yaşayan sakinlərə eyvanlardan paltar asmağı dayandırmaq barədə xəbərdarlıq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu göstərişin icrasını təmin etmək məqsədi ilə bu gün Sabunçu Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsi, 13-cü Polis Şöbəsi və ərazi üzrə mənzil istisimar sahələrinin əməkdaşları ilə birgə Bakıxanov qəsəbəsində reyd keçirilib.

Tədbir zamanı evyanda paltar qurutmaq üçün asılan ipləri sökülüb, həmin ipləri bərkitmək üçün quraşdırılan dəmir konstruksiyalar kəsilib.

Mənzillərdə olan polis və mənzil istisimar sahələrinin əməkdaşları vətəndaşlarla profilaktik söhbətlər apararaq bu cür halların şəhərdə xoşagəlməz görüntü yatardığı barədə məlumat veriblər. Bu söhbətlərdən sonra bəzi vətəndaşlar eyvanda quraşdırdıqları ipləri özləri aradan qaldırmağa üstünlük veriblər.

Keçirilən tədbir zamanı Sabunçu rayonu Bakıxanov qəsəbəsində binalarda paltar qurutmaq üçün asılan iplərin əksəri kəsilib və sakinlərə xəbərdarlıq edilib.

Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları aidiyyatı qurumlarla birgə bu cür tədbirləri mütəmadi olaraq davam etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti