...

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu: Müəllimlər yeniliklərin əleyhinə deyillər

Cəmiyyət Materials 18 Oktyabr 2018 11:34 (UTC +04:00)
Dərs dinləmələri zamanı müəyyən olunub ki, müəllimlər yeniliklərin əleyhinə deyillər.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu: Müəllimlər yeniliklərin əleyhinə deyillər

Bakı. Elçin Mehdiyev - Trend:

Dərs dinləmələri zamanı müəyyən olunub ki, müəllimlər yeniliklərin əleyhinə deyillər. Sadəcə müəllimlər yeniliklərin tətbiqi yollarını səmərəli bilmədikləri üçün onu müvafiq şəkildə həyata keçirmirlər.

Trend-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Nəzakət Mehdiyeva "Təhsil işçilərinin əlavə təhsilində yeniliklər" mövzusunda keçirilən seminarda çıxış edərkən deyib.

O bildirib ki, belə olan halda müəllimlərin ixtisasartırmasına ehtiyac yaranır: "Dövlət hesabına 2015-2018-ci illərdə ixtisasartırma təlimləri aparılır".

Direktor müavini bildirib ki, hazırda məktəb direktorları üçün də ixtisasartırma proqramları hazırlanır və sınaqdan keçirilir: "Proqram üzərində müəyyən düzəlişlər edildikdən sonra geniş şəkildə tətbiqinə başlanacaq. Əlavə təhsil onun bir qolu olan ixtisasartırma təhsili ali və digər təhsil müəssisələri tərəfindən həyata keçirilir. İstənilən əlavə təhsil və ixtisasartırma proqramı aktual məsələyə sərf olunmalıdır. Bu təlimlər minimum 36 akademik saatı əhatə etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti