...

Təhsil Nazirliyi: 110 minə yaxın tələbənin təqaüdü artırılacaq

Cəmiyyət Materials 14 Fevral 2019 17:42 (UTC +04:00)
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 110 minə yaxın təhsilalanın sosial müdafiəsi gücləndiriləcək.
Təhsil Nazirliyi: 110 minə yaxın tələbənin təqaüdü artırılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 110 minə yaxın təhsilalanın sosial müdafiəsi gücləndiriləcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

C.Valehovun sözlərinə görə, dövlət büdcəsinin vəsaiti hesabına 2019-cu ilin martın 1-dən təqaüdlər orta hesabla 20%-ə yaxın artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti