...

Tovuzçay su anbarına düşən şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 27 Aprel 2019 11:32 (UTC +04:00)

İlk xəbər saat 09:29-da yayımlanıb

Bakı. Trend:

Tovuz rayonunun Vahidli kəndində Tovuzçay su anbarında batdığı ehtimal edilən 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun axtarışları başa çatıb. Trend-ə FHN-dən verilən məlumata görə, V.Dilənovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

X X X

Tovuzda 1 nəfər su anbarına düşüb.

Trend-ə FHN-dən verilən məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Belə ki, Tovuz rayonunun Vahidli kəndində Tovuzçay su anbarına düşdüyü ehtimal olunan 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hazırda Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti