...

"Novo Nordisk" “Changing Hemophilia®” layihəsinə start verib (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2019 18:33 (UTC +04:00)
Ümumdünya Hemofiliya Gününə həsr olunmuş tədbirdə bu məsələ işıqlandırılıb.
"Novo Nordisk" “Changing Hemophilia®” layihəsinə start verib (FOTO)

Bakı. Trend:

Azərbaycan dövləti hemofiliyalı pasiyentlərə, nəinki ödənişsiz dərman vasitələri ilə təmin etməklə, həmçinin sağlam həyat tərzi və həyat keyfiyyətinin yüksəldilməsini dəstəkləməklə yüksək qayğı göstərir.

Trend-in məlumatına görə, “Novo Nordisk” şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə “Changing Haemophilia®” layihəsini başlatdığı 17 aprel tarixində keçirilən və millət vəkilləri, Səhiyyə Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, Hemofiliya Mərkəzi və səhiyyə işçiləri, Hemofiliyalı Pasiyentlərin Respublika Assosiasiyası və hemofiliyalı şəxslərin də iştirak etdiyi Ümumdünya Hemofiliya Gününə həsr olunmuş tədbirdə bu məsələ işıqlandırılıb.

Dünya miqyaslı dərman istehsalçısı olan “Novo Nordisk” A/S RIO şirkətinin Azərbaycan Nümayəndəliyinin rəhbəri Araş Nosrati Heravi tədbirdəki çıxışında şirkətin hemofiliya ilə bağlı icra etdiyi layihələrdən söz açıb. O, qeyd edib ki, “Novo Nordisk” şirkəti apardığı son kliniki tədqiqatlar və novator araşdırmaları nəticəsində yeni nəsil hemofiliya preparatları ixtira edib. Səhiyyə Nazirliyi və Novo Nordisk şirkətinin əməkdaşlığı nəticəsində bu dərmanların ölkəyə gətirilməsi və pasiyentlər tərəfindən istifadə olunması mümkün olmuşdur.

“Dərman təminatı bu pasiyentlər üçün yeganə ehtiyac deyil. Biz ümidvarıq ki, bütün müvafiq yerli və beynəlxalq qurumların əməkdaşlığı üçün “Changing Hemophilia®” layihəsi bir platforma kimi işləyəcəkdir”, deyə “Novo Nordisk” A/S RIO şirkətinin Azərbaycan Nümayəndəliyinin rəhbəri Araş Nosrati Heravi bildirib.

Naxçıvanda yeni Hemofiliya Mərkəzinin yaradılması və Bakı, Şirvan və Naxçıvanda yeni fizioterapiya mərkəzlərinin əsasının qoyulması hemofiliyalı pasiyentlərə kömək və fizioterapiya xidmətinin yaxşılaşdırılması məqsədilə, “Novo Nordisk” şirkətinin müstəqil təşkilatı olan Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə həyata keçirilən layihələrdir.

“Səhiyyə Nazirliyi hal-hazırda nəinki hemofiliyalı pasiyentləri prioritet hesab edir, həmçinin diaqnostikanın yaxşılaşdırılması, oynaq sağlamlığına nəzarət və gələcəkdə yeni müalicə növlərinin əlçatan olmasına diqqəti yönəltmişdir”, deyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Anar İsrafilov verilən suala cavabında bildirib`

Respublika Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova ölkəyə müasir dərman preparatlarının gətirildiyinə görə Səhiyyə Nazirliyinə təşəkkürünü bildirərək, bunun pasiyentlərə olunan müalicədə verdiyi nətiəcələr haqqında məlumat verdi.

Tədbirin sonunda, səhiyyə orqanlarının, millət vəkilləri və hemofiliya mütəxəssislərinin iştirakı ilə keçirilən panel müzakirəsindən sonra hemofiliyaya daha yaxşı nəzarət üçün müəyyən planlar hazırlandı və gələn il keçiriləcək tədbirdə nəticələrin hesabatının verilməsi barədə bütün tərəflər razılığa gəldi.

95 ildən artıq tarixi olan Danimarka şirkəti “Novo Nordisk” şəkərli diabetin və hemofiliyanın müalicəsi üçün dərmanların hazırlanması və istehsalında dünya lideridir. Şirkətin qərargahı Danimarkada yerləşir. Təşkilatın dünya üzrə 80 filialında 43 mindən çox əməkdaş çalışır və Azərbaycanda 19 ildən artıqdır ki, fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti