Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə “dərin narahatlıq” yaradıb

Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə “dərin narahatlıq” yaradıb

Bakı. Trend:

Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə “dərin narahatlıq” yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkəmizdəki hərtərəfli inkişafa, sosial sahədə aparılan çoxşaxəli islahatlara, 3 milyondan çox Azərbaycan vətəndaşının rifahının daha da artırılmasını təmin edən inqilabi sosial paketin qəbul edilməsinə qarşı qarayaxma, böhtan kampaniyası aparan və bunu sosial şəbəkələrə ötürən bəzi qurumlar indi də özünüməşğulluq proqramını, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı tədbirlərini hədəf seçiblər.

Səbəb sadədir: Ötən həftə özünüməşğulluq proqramının dünyanın 156 dövlətinin sosial müdafiə qurumunu birləşdirən Beynəlxalq Sosial Təminat Assosasiyasının “Good Practice Award for Europe 2019” xüsusi mükafatına layiq görülməsi, proqramın təkcə 2018-ci ildə 6 dəfə genişlənməsi, onun icrasına BMT İnkişaf Proqramının və Dünya Bankının qoşulması bu dairələrin “dərin narahatlığına” səbəb olub və özünüməşğulluq proqramını gözdən salmaq, ləkələmək üçün yalan və bohtan dolu yazı ortaya atılıb.

Eyni zamanda, dövlətin birbaşa qayğısı və dəstəyinin bariz nümunəsi olan və uğurla həyata keçirilən şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramının genişlənərək böyük rəğbət qazanması, ötən il nəzərdə tutulduğundan 3 dəfə artıq olmaqla 626, bu il üçün 800-dən artıq bu kateqoriyadan olan vətəndaşlarımızın mənzillə təchiz edilməsi tədbirləri də hədəfə gətirilmək istənir.

Dəfələrlə KİV-ə açıqlandığı kimi, özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təmin olunması üçün şirkətlərin müəyyən olunması “Dövlət satınalmaları haqqında” Qanuna uyğun şəkildə həyata keçirilib və müvafiq şirkətlər konsorsiumu ilə müqavilələr bağlanmış, proqram üzrə aktivlərin təminatı həyata keçirilib.

Proqramın icrası üzrə 2018-ci il üçün ayrılan vəsaitdən qanunvericiliyə uyğun olaraq büdcəyə 3,2 milyon manat məbləğində vergilər ödənilmişdir.

Şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı da “Dövlət satınalmaları haqqında” Qanuna tam uyğun şəkildə həyata keçirilmiş, satınalmalar çərçivəsində 5 təchizatçı ilə 28,6 milyon manat dəyərində müqavilələr imzalanmış və qanunvericiləyə uyğun şəkildə notarial orqanlar vasitəsilə alqı-satqı aparılaraq cəmi 4 milyon manat vergilər dövlət büdcəsinə ödənilmişdir.

Yazıda qeyd edilən digər məsələlər kimi, özünüməşğulluq proqramına ayırılan vəsaitin dövlətdən gizlədildiyi və mənimsənildiyi kimi əsassız fikirlər də növbəti iftiralardır. Təkcə 2018-ci ildə proqrama cəlb olunanların sayı 6 dəfə artmış, 7267 nəfər təlimləri uğurla başa vurmuş, onlardan 6018 şəxs aktivlərlə təmin edilmiş, vəsaitin xərclənməsində şəffaflıq təmin edilərək xidmət və istehsalat sahəsində 20%, kənd təsərrüfatı sahəsində isə 14% olmaqla, ümumilikdə 6,1 milyon manat qənaət əldə edilib.

Təchiz edilən iri və xırdabuynuzlu mal-qaraların keyfiyyəti ilə bağlı dəfələrlə KİV-ə məlumat verildiyi kimi bildiririk ki, proqram iştirakçılarına mal və materialların verilməsi prosesində həmin vətəndaşların razılığı xüsusi nəzərə alınır və aktlaşdırılaraq iştirakçının imzası ilə təsdiq edilir, habelə heyvanların sağlamlığına dair müvafiq baytar arayışı təqdim edilir. Ötən il proqram iştirakçılarına 29 min baş mal-qara verilib və təqdim edilmiş aktivlərin keyfiyyəti ilə bağlı monitorinqlər keçirlərkən, habelə vətəndaşların müraciətləri araşdırılarkən onlardan yalnız 119 heyvanın (0,4 faiz) qüsurlu olduğu müəyyən edilib və dərhal dəyişdirilib. Əlavə olaraq bildiririk ki, aktivlərin verilməsi zamanı vətəndaşın razılığı ilə bu prosesin foto və video çəkilişi də aparılır.

Ucarın Qaradağlı kəndinin sakini Oruc Orucovla bağlı verilən məlumata gəlincə, həmin şəxs 5 ay öncə proqram əsasında 21 baş xırda buynuzlu heyvanla təmin olunub, razılığını aktı imzalamaqla təsdiq edib. Bu zaman xüsusi məmnunluq və minnətdarlıq ifadə etməsi onun öz razılığı ilə aparılmış videoçəkilişdə də əksini tapıb. Bu günlərdə O.Orucovun təsərrüfatının növbəti monitorinqi aparılıb və ona verilmiş 21 baş qoyunun sayının 5 ay ərzində 30-a çatdığı müəyyən edilib. O.Orucov özü də dövlətin bu dəstəyindən razılığını, təsərrüfatında işlərinin normal qaydada getdiyini, mal-qarasında gözlənildiyi qədər artımın olduğunu bildirib. Belə olan təqdirdə, O.Orucovun və onun kimi minlərlə vətəndaşın ailəsinin rifahına dəstək olan mühüm bir sosial proqram barədə əsassız yazı ilə ölkəmizin hər uğurunu aşağılamaq cəhdi qəbul edilməzdir.

Özünüməşğulluq proqramı artıq özünü uğurla təsdiq edən, ölkəmizdə minlərlə aztəminatlı ailənin dövlət dəstəyi nəticəsində fərdi təsərrüfatlara sahib olmaqla öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və kiçik ailə biznesinə çıxış imkanı əldə etmələrinə şərait yaradan effektiv bir sosial proqram kimi həm Azərbaycan cəmiyyətinin, həm də beynəlxalq qurumların böyük rəğbətini qazanmışdır.

"Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
"Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
Güləşçimiz qitə birinciliyində bürünc medal uğrunda yarışacaq
Güləşçimiz qitə birinciliyində bürünc medal uğrunda yarışacaq
Loading Bars
Xəbər lenti
"Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
Sumqayıtda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
Bakının Ermənistandan təzminat tələb etmək hüququ var - Rusiyalı politoloq
Azərbaycanda pul kütləsi əhəmiyyətli dərəcədə artıb
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən iqtisadi forum təşkil olunacaq
Zabratda iki piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni işıqfor quraşdırılıb (VİDEO)
MDU-da Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş nəzəri-praktiki seminar keçirilib (FOTO)
"Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
Beynəlxalq Hüquq Forumunda Ermənistanın hərbi cinayətləri diqqətə çatdırılıb (FOTO)
Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların reyestrinin aparılması Qaydasında dəyişiklik edildi
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Gəncədə gördüklərimiz müharibə cinayətidir - Fransalı vəkil
Təhlükəsiz ticarətin təşkili məsələləri müzakirə edilib
Biz istərdik ki, erməni vəhşiliyi beynəlxalq səviyyədə təqdim edilsin - Fransalı hüquqşünas
Azərbaycanla Ermənistan arasında münasibətlərdə etimad tədbirlərinin möhkəmlənməsi vacib tapşırıqdır - Zaxarova
Türkiyə Azərbaycanla Ermənistanın layihələrini dəstəkləyir - Çavuşoğlu
Ombudsmanın Gəncə Regional Mərkəzi onlayn hüquqi maarifləndirmə tədbirləri keçirib (FOTO)
Fransalı hüquqşünaslar Gəncəyə səfər ediblər (FOTO)
Xəzər rayonunda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib
Cənubi Koreyada Rusiyanın balıqçı gəmisi yanıb
SOCAR Sberbank Publik Səhmdar Cəmiyyəti ilə birgə müəssisəsinin kapitalından çıxır
Rektor: Distant təhsil universitetlərin inkişafı baxımından ciddi çağırış yaratdı
ABŞ 2050-ci ilədək parnik qazlarının atmosferə tullantılarının həcmini sıfıra endirəcək - Bayden
Aprelin 23-nə USD/AZN rəsmi məzənnəsi
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı daha 3 ay artırıldı
Azərbaycan İsraildə turizm bürosu açacaq
Azərbaycanın əməkdar pilotları Qarabağa uçuşları səbirsizliklə gözləyir (VİDEO)
Zərdabda reyd: 31 sürücü cərimələndi (FOTO)
Kütləvi immunitetə yaxınlaşırıq - Adil Qeybulla
Gədəbəydə yeni yaradılan 4 kartof sortunun əkininə başlanılıb (FOTO)
İşğal dövründə vurduğu ziyana görə Ermənistanı beynəlxalq məhkəməyə verməliyik - Politoloq
Türkiyəli mütəxəssislər AQTİ laboratoriyaları ilə tanış olublar (FOTO)
Akademik Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək
Palçıq Vulkanları Turizm Kompleksinin binası krater formasında olacaq
DİN vətəndaşları kibercinayətkarlara qarşı ayıq-sayıq olmağa çağırdı
Havada müşahidə olunan toz lokal xarakter daşıyır - Nazirlik
Sankt-Peterburqdan Bakıya uçuşlar üçün icazə verilib
Yevlaxın içməli su təchizatı sistemi yenidən qurulur
Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb (FOTO)
Vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi artıb - Nazir
Azərbaycan qanunvericiliyi xəstəlikdən əziyyət çəkən şəxslərin işəgötürülmə hüquqlarını və sosial müdafiəsini təmin edir - Könül Nurullayeva (VİDEO)
Ağdamda tarixi abidələrin vandalizmə məruz qaldığını gördük - Yasin Yakuti
Belarus Azərbaycana traktorların yığılması üçün komplekt hissələr tədarük edəcək
Ağdam tamamilə dağıdılaraq, demək olar ki, xəritədən silinib - Fransalı hüquqşünas
Cəbrayıl rayonunun Şahvələdli kəndi (VİDEO)
Bakı limanının əməkdaşları peyvənd olunur (FOTO)
Azərbaycan Rusiya ilə birgə avtomobil istehsal edəcək - Müəssisə işə başladı
Hərarəti yüksək olan bir abituriyent imtahana buraxılmadı
Yem satışı mağazasında nöqsanlar aşkarlanıb (FOTO)
Bu abituriyentlərin nəticələri ləğv olunacaq - DİM
ABŞ Türkiyənin simasında həqiqi müttəfiqlə uydurulmuş tarix arasında seçim etməlidir - Türkiyə PA
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Azərbaycana qayıtdı (FOTO)
Orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib
Güləşçimiz qitə birinciliyində bürünc medal uğrunda yarışacaq
Fransalı hüquqşünaslar Ağdamda səfərdədilər (FOTO)
Aqroparkların yaradılması ölkəmizin idxaldan asılılığını xeyli azaldır - Deputat
"Yeni Klinika" və Modul Tipli Xəstəxananın rəhbərlərinin həbs görüntüləri yayıldı (VİDEO)
AİB Azərbaycanda innovativ pilot layihə tətbiq edir
Müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlara yardım davam edir
Vaksinasiya prosesində nöqsanlara yol verən daha 2 nəfər işdən azad edildi (VİDEO)
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
Soros “demokratiyasının” iç üzü
Azərbaycanla Ermənistan arasındakı razılaşma yeni səhifə üçün vacib imkandır - Hulusi Akar
Azərbaycan təbii qaz ixracını üç dəfədən çox artırıb
İranda koronavirusdan gündəlik ölüm sayı sürətlə artır
Yollarda Qarabağa doğru istiqamət və məsafəni bildirən lövhələr quraşdırılır (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
213 kiloqramdan artıq heroinin sərhəddən keçirilməsinin qarşısı alındı (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - Faktiki hava
Yazlıq əkinləri və meyvə bağlarının bəyanı mayın 31-də başa çatacaq
Vaksinasiya noyabrdakı pik yoluxmanın təkrarlanmasının qarşısını aldı - TƏBİB rəsmisi (VİDEO)
Qarabağla bağlı üçtərəfli bəyanat insan haqlarının müdafiəsi istiqamətində vacib addımdır - Almaniya XİN
Azərbaycan Ermənistanın istənilən təhdidinə layiqli cavab verəcək - Deputat
Sərhəddə 122 kiloqram heroin saxlanılıb
Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törədib - DSX
Azərbaycan nefti bahalaşıb
Həkim məsləhəti olmadan antibiotik istifadəsi ağırlaşmaya səbəb ola bilər
Koronavirusu simptomsuz keçirən xəstələr həkim nəzarətində olmalıdır - Nazirlik
Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edildi
Ermənistanın hərbi cinayətləri davam edir - Səttar Möhbalıyev
"Aztelekom"a yeni təyinat olub
“Bank Respublika”nın kredit və depozit portfeli əhəmiyyətli dərəcədə artıb
Ermənilər Suqovuşan ərazisində daha çox plastik mina basdırıb - ANAMA (VİDEO)
Lukaşenko Rusiyaya səfər edib
Göyçayda narkotik alverçisi evlərdən oğurluq etdi (FOTO)
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib (FOTO)
Suqovuşan və Talışkəndə işıq çəkilişi üçün ərazi minalardan təmizlənir (FOTO)
Ağdamda mağazadan 20 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
ABŞ səfiri Rusiyanı tərk edib
“Göygöl-I” gil yatağı ilə bağlı hərrac keçirilib, qalib şirkət müəyyənləşib
Hövsan qəsəbəsində daha bir yol təmir olundu (FOTO)
Bitərəf deputatların MSK üzvlüyünə namizədləri müəyyən edilib (SİYAHI) (ƏLAVƏ OLUNUB)
Bütün xəbərlər