...

Bakı-Tbilisi reysinin hərəkət cədvəlinə dəyişiklik edilib

Cəmiyyət Materials 23 İyul 2019 15:39 (UTC +04:00)
Gürcüstan hava məkanının məhdudlaşdırılması ilə əlaqədar olaraq Bakı-Tbilisi-Bakı reyslərinin cədvəlinə dəyişiklik edilib.
Bakı-Tbilisi reysinin hərəkət cədvəlinə dəyişiklik edilib

Bakı. Trend:

Gürcüstan hava məkanının məhdudlaşdırılması ilə əlaqədar olaraq Bakı-Tbilisi-Bakı reyslərinin cədvəlinə dəyişiklik edilib.

"Buta Airways" şirkətindən Trend-ə verilən məlumata görə, avqustun əvvəlində uçuşlar aşağıda göstərilən qrafikə uyğun olaraq həyata keçiriləcək.

3-9 avqust (yerli vaxtla):
J2 9223 (Bakı-Tbilisi) – Uçuş: 11:10, Enmə: 12:20
J2 9224 (Tbilisi-Bakı) – Uçuş: 13:20, Enmə: 14:30

3-5 avqust (yerli vaxtla):
J2 9225 (Bakı-Tbilisi) – Uçuş: 23:10, Enmə: 00:20

Məqalədə:
Xəbər lenti

Xəbər lenti