...

Ombudsmanın Cəlilabad Regional Mərkəzi uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar tədbir keçirib

Cəmiyyət Materials 21 Dekabr 2019 14:10 (UTC +04:00)
Ombudsmanın Cəlilabad Regional Mərkəzi Cəlilabadda “Uşaq hüquqlarının səmərəli müdafiəsi Müvəkkilin fəaliyyət istiqamətlərindən biri kimi” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Ombudsmanın Cəlilabad Regional Mərkəzi uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar tədbir keçirib

Bakı. Trend:

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Cəlilabad Uşaq Günərzi Qayğı Mərkəzində “Uşaq hüquqlarının səmərəli müdafiəsi Müvəkkilin fəaliyyət istiqamətlərindən biri kimi” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin əməkdaşı Vamiq Babayev, həmçinin Cəlilabad Uşaq Günərzi Qayğı Mərkəzinin əməkdaşları, valideynlər və uşaqlar iştirak ediblər.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov bütün əhali qrupları kimi uşaqların da hüquqlarının daim Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin diqqət mərkəzində olduğunu bildirib. O, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları Konvensiyası, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu, eyni zamanda, Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə geniş məlumat verib. Bununla yanaşı, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının, Uşaq hüquqlarının müdafiəsinin səmərəliliyini artırmaqla bağlı Müvəkkil tərəfindən verilən təkliflərin, Uşaq Hüquqları Aylığının, həmçinin Uşaq hüquqları üzrə Pilləli Tədris Proqramının, Müvəkkilin uşaq hüquqlarının pozulması ilə bağlı 24 saat fəaliyyət göstərən 916 qaynar xətt xidmətinin əhəmiyyətindən və bir sıra digər məsələlərdən bəhs olunub.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları insan hüquqlarının və onun tərkib hissəsi olan uşaq hüquqlarının müdafiəsi istiqamətində Ombudsmanın fəaliyyətinin təqdirəlayiq olduğunu diqqətə çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti