...

Qaçqın statusu alan şəxslərə "Yol sənədi" verilir (FOTO)

Cəmiyyət Materials 23 Yanvar 2020 10:46 (UTC +04:00)
Dövlət Miqrasiya Xidməti Azərbaycanda qaçqın statusu alan şəxslərə "Yol sənədi" təqdim edir
Qaçqın statusu alan şəxslərə "Yol sənədi" verilir (FOTO)

Bakı. Samir Əli - Trend:

Dövlət Miqrasiya Xidməti Azərbaycanda qaçqın statusu alan şəxslərə "Yol sənədi" təqdim edir.

Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, həmin yol vərəqi ilə ölkədə yaşayan qaçqınlar beynəlxalq səfərlər edə biləcəklər:

"Keçən illə müqayisədə 11,4 min artım olub. Ölkəyə 3 milyon 170 min əcnəbi gəlib. Azərbaycanda qaçqın statusu alan vətəndaşlar bu vaxta qədər ölkədən kənara çıxmağa çətinlik çəkirdilər. Artıq bu sənədi alandan sonra həmin qaçqınlar istənilən ölkəyə gedə biləcəklər. "Yol sənədi"nin etibarlılıq müddəti 5 ildir. Əgər 5 il müddətində həmin qaçqınla bağlı nəsə problem olmazsa, o müraciət edib növbəti dəfə yol sənədi ala bilər. Bu gün 10 nəfərə "Yol sənədi" təqdim edəcəyik. Amma ardıcıl olaraq digər qaçqınlara da həmin sənədlər veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti