...

Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib

Cəmiyyət Materials 4 Fevral 2020 14:45 (UTC +04:00)
Energetika naziri Pərviz Şahbazov nazirlikdə növbəti dəfə vətəndaş qəbulu keçirib.
Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov nazirlikdə növbəti dəfə vətəndaş qəbulu keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbulda səsləndirilən müraciət nazir tərəfindən dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə nazir, nazir müavinləri və digər rəhbər vəzifəli şəxslərin 2020-ci il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin saytında yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti