...

Polis cinayət törətməkdə şübhəli bilinən 30 nəfəri saxlayıb

Cəmiyyət Materials 9 Fevral 2020 12:09 (UTC +04:00)
Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.fevral ayının 8-dən 9-dək
Polis cinayət törətməkdə şübhəli bilinən 30 nəfəri saxlayıb

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata əsasən, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti