...

Aİİ-də payız semestrinin yekunları ilə bağlı iclas keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2020 11:25 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) cari tədris ilinin payız semestrinin yekunlarına həsr olunmuş növbəti iclasını keçirib.
Aİİ-də payız semestrinin yekunları ilə bağlı iclas keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) cari tədris ilinin payız semestrinin yekunlarına həsr olunmuş növbəti iclasını keçirib.

Aİİ-dən Trend-ə bildirilib ki, institut rəhbərliyi, müəllim və əməkdaşlarının iştirak etdikləri tədbirdə ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.

Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə bütün sahələrə olduğu kimi, təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına də xüsusi diqqət yetirilir. Rektor vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

İnstitutun məqsəd və hədəflərindən danışan C.Məmmədov imtahanların gedişatı, yekunları, növbəti semestrlə bağlı hazırlıqların aparılması, dərsliklərin hazırlanması və digər məsələlərdən bəhs edib.

Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov dərs vəsaitlərinin yazılması ilə bağlı məsələlərə toxunub. Qeyd edib ki, tədrisin sistemli və şəffaf olması üçün dərsliklərin nəşr edilməsi vacibdir. Dərslik proqrama uyğun yazılmalı, mövzuları tam əhatə etməlidir. Eyni zamanda, sadə və elmi üslubda qələmə alınmalı, məzhəblərüstü yanaşmaya xüsusi diqqət yetirilməlidir.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov tələbələrin şəxsi və elmi inkişafına yönələn işlərin görülməsi ilə bağlı məsələlərə toxunub. Hər bir müəllim və əməkdaş çalışmalıdır ki, tələbələrimizə dərslərində, gələcək karyeralarının qurulmasında, dünyagörüşünün zənginləşdirilməsində köməklik göstərsin, onların ümumi inkişafına töhfə versin.

Ali təhsil müəssisəsinin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov imtahanların nəticələri ilə bağlı məlumat verib. Payız semestri zamanı görülən işlərdən, qarşıya çıxan problemlərdən və gələcəkdə həyata keçiriləcək tədbirlərdən bəhs edib.

Kafedra müdirləri Əhməd Niyazov, Elnurə Əzizova, İlkin Əlimuradov tədris prosesi, müəllimlərin fəaliyyəti, kitabların nəşri, elmi məqalələrin çap olunması sahəsində görülən işlər, həmçinin gələcəkdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri haqqında fikirlərini bölüşüblər.

İnstitutun Tədris şöbəsinin müdiri Zərifə Əliyeva imtahan prosesi zamanı yaranan çatışmazlıqlardan, imtahanların nəticələrindən, Operativ Qərargaha daxil olan təklif və şikayətlərdən söz açıb.

İclas müzakirələrlə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti