...

Martın 30-da peşə ixtisasları üzrə teledərslərə start veriləcək

Cəmiyyət Materials 26 Mart 2020 18:04 (UTC +04:00)
Martın 30-da peşə ixtisasları üzrə teledərslərə start veriləcək

Bakı. Trend:

Martın 30-da “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərə start veriləcək. Teledərslər saat 16:15-dən etibarən yayımlanacaq.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, elektrotexnika, tikinti, sənaye, mexanika, elektronika, avtomobil, İKT və avtomatika ixtisasları üzrə teledərslər artıq hazırlanıb. Təhsil Nazirliyinin videodərslər portalında (https://video.edu.az/) sadalanan ixtisaslar üzrə 20 teledərs yerləşdirilib. Peşə ixtisasları üzrə teledərslərin çəkilişi davam etdirilir.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından da izləyə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti