...

İmişlidə təsərrüfat direktoru barəsində akt tərtib olunub

Cəmiyyət Materials 16 Aprel 2020 13:20 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) İmişli rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.
İmişlidə təsərrüfat direktoru barəsində akt tərtib olunub

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) İmişli rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

ETSN-dən Trend-ə verilən məlumata görə, araşdırma zamanı İmişli rayonu, Məmmədli kəndi ərazisində, “Həyat” kəndli fermer təsərrüfatına aid torpaq sahəsində ağac və kolların kəsildiyi, təbiətə 2 800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı təsərrüfatın direktoru Siyasət Şirinov barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər İmişli rayon Prokurorluğuna göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti