...

TƏBİB: Xəstəxanalarda çarpayı fondu ilə bağlı hələ imkanlar var

Cəmiyyət Materials 29 May 2020 19:15 (UTC +04:00)
TƏBİB: Xəstəxanalarda çarpayı fondu ilə bağlı hələ imkanlar var

Bakı. İlhamə İsabalayeva – Trend:

Xəstəxanalarda çarpayı fondunun doluluq nisbətinə baxılsa, hələ bununla bağlı imkanlarımız var. Amma səhiyyə mütəxəssislərinin tibb müəssisələri arasında paylaşdırılması bizim üçün yükdür.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, koronaviruslu xəstələrin müalicəsi üçün müəyyən edilən xüsusi xəstəxanalarda 5000-dən artıq çaprayı ayrılıb: “İki minə yaxın çarpayı fondu modul tipli xəstəxanalarda olacaq. Bununla da, ümumilikdə 7 mindən çox çarpayı fondu olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti