...

Azərbaycanda daha 338 nəfərdə koronavirus aşkarlandı, 209 nəfər sağaldı, 4 nəfər vəfat etdi

Cəmiyyət Materials 16 İyun 2020 18:28 (UTC +04:00)
Azərbaycanda daha 338 nəfərdə koronavirus aşkarlandı, 209 nəfər sağaldı, 4 nəfər vəfat etdi

Bakı. Trend:

Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasına 338 yeni yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 10 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4 588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 801, ötən müddət ərzində isə ümumilikdə 391 699 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti