...

13 rayonda 26 modul tipli məktəb quraşdırılacaq

Cəmiyyət Materials 8 Avqust 2020 17:42 (UTC +04:00)
13 rayonda 26 modul tipli məktəb quraşdırılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb. 2020-ci ilin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dövlət başçısının 8 avqust 2020-ci il tarixli "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" sərəncamına əsasən, 13 rayonda daha 26 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub. Sərəncama əsasən Təhsil Nazirliyinə bunun üçün 7 milyon manat vəsait ayrılıb.

Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti