Bakı. Trend:
Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində dağıntılara məruz qalmış məktəblərin sayı açıqlanıb.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb.