...

Trend-in baş redaktoru komadan ayılıb

Cəmiyyət Materials 28 Dekabr 2020 11:29 (UTC +04:00)
Trend-in baş redaktoru komadan ayılıb

Bakı. Samir Əli - Trend:

Trend İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlunun ümumi vəziyyəti stabil ağırdır.

Bunu Trend-ə baş redaktorun yerləşdirdiyi klinikanın müalicə həkimi bildirib.

Bildirilib ki, Rufiz Hafizoğlunun hazırda təzyiq və hərarəti normaldır: "Bu gün gözlərini açıb, komadan ayılıb. Saturasiyası 94 faizdir, bunun 35 faizi süni tənəffüs aparatı ilə verilir. Ümumi vəziyyət stabil ağır olaraq qalır. Müalicəsi intensiv davam etdirilir".

Xatırladaq ki, R. Hafizoğlu bir müddət əvvəl koronavirusa yoluxub. Vəziyyəti ağırlaşan baş redaktor "Yeni Klinika"ya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti