...

Distant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlərin qeydiyyatı aparılır

Cəmiyyət Materials 15 Yanvar 2021 15:43 (UTC +04:00)
Distant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlərin qeydiyyatı aparılır

Bakı. İlhamə İsabalayeva – Trend:

Distant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlər var. Həmin müəllimlərin müqavilələrinin uzadılması zamanı bu məsələ nəzərə alınacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov “Pandemiya şəraitində tədrisin və imtahanların təşkili” mövzusunda keçirilən onlayn tədbirdə deyib.

O bildirib ki, distant dərslərə qoşula bilməyən müəllimlərin qeydiyyatı aparılır:
“Biz bu faktlar üzrə qeydiyyat aparırıq. Seçkilər və qeydiyyatlar zamanı bu amil nəzərdə alınacaq. Bəzi tələbələr də yaranmış vəziyyətdən sui-istifadə edirlər. Amma bu, ən çox onların kadr kimi yetişməsində özləri üçün problem yaradacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti