...

İranla sərhəd xətti minalardan təmizlənir (FOTO)

Siyasət Materials 27 Yanvar 2021 11:05 (UTC +04:00)
İranla sərhəd xətti minalardan təmizlənir (FOTO)

Bakı. Samir Əli - Trend:

Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin İranla dövlət sər­hədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun bərpa edilməsi tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin İran İslam Respublikası ilə dövlət sərhəd xətti boyu mina­ladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühən­dis-istehkam bölmələri tərəfin­dən hazırda minalar­dan təmizlənilir.

Son günlər ərzində Cəbrayıl rayonunun Həsənli kəndi yaxın­lı­ğın­da 80 ədəd tank əleyhinə mina sərhədçi istehkamçılar tərə­fin­dən zərərsizləşdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti