...

Daha bir qazimiz eşitmə aparatı ilə təmin olundu (FOTO)

Cəmiyyət Materials 8 Fevral 2021 15:42 (UTC +04:00)
Daha bir qazimiz eşitmə aparatı ilə təmin olundu (FOTO)

Bakı. Samir Əli - Trend:

“YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyala üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, qazimiz Qurban Ələkbərli “YAŞAT” Fondu tərəfindən müasir eşitmə aparatı ilə təmin edilib.

Şəhidimiz Kamran Qasımovun anası Naila Qasımovanın, şəhidimiz Teymur Həsənovun atası Mahal Həsənovun əməliyyat xərcləri, şəhidimiz Valeh Bədəlovun atası Vahid Bədəlovun isə müalicə xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin, Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti