...

Hemofiliya peyvənd üçün əks-göstəriş deyil - Assosiasiya rəhbəri

Cəmiyyət Materials 23 Fevral 2021 11:21 (UTC +04:00)
Hemofiliya peyvənd üçün əks-göstəriş deyil - Assosiasiya rəhbəri

Bakı. İlhamə İsabalayeva - Trend:

COVİD-19-a qarşı peyvənd olunmaq hemofiliyalı xəstələr üçün təhlükəli deyil. Onların da bu vaksini vurdurması mütləqdir. Sadəcə olaraq, belə şəxslərin vaksinasiyasından qabaq iynə vurulma zamanı qanaxmanın baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülməlidir.

Bunu Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Gülnarə Hüseynova deyib.

Onun sözlərinə görə, hazırda hemofiliyalı xəstələrin vaksinasiyası üçün onlar arasında maarifləndirmə işləri aparılır:

"Artıq Avropa ölkələrində də hemofilyalı xəstələrin vaksinasiyasına başlanılıb. Biz hemofiliyalı, eləcə də xüsusi qayğıya ehtiyacı olan digər xəstələrə vaksinin ayrıca həkim nəzarəti altında vurulacağını gözləyirik".

G.Hüseynova artıq COVİD-19-a qarşı vaksinin birinci dozasını vurdurduğunu və özünü normal hiss etdiyini də qeyd edib:

"Çox təəssüf ki, bəzi şəxslər vaksinlə bağlı ajiotaj yaratmaq istəyirlər. Artıq pandemiyaya qalib gəlmək üçün vaksinin vurdurulması mütləqdir. Mən özüm yaşı 50-dən yuxarı olanların vaksinasiyasının başlanılacağı günü səbrsizliklə gözləyirdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti