...

Qarlı hava ilə bağlı məktəblərdə vəziyyət necədir? - Nazirlikdən AÇIQLAMA

Cəmiyyət Materials 24 Fevral 2021 11:27 (UTC +04:00)
Qarlı hava ilə bağlı məktəblərdə vəziyyət necədir?  - Nazirlikdən AÇIQLAMA

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda ölkə ərazisində müşahidə edilən qarlı, küləkli hava şəraiti məktəblərdə əyani formada təhsil alan şagirdlərin davamiyyətinə təsir edib.

Bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, məktəblərdə davamiyyətin çox aşağı düşdüyü məlum olsa da, statistik rəqəmləri hələ açıqlamaq mümkün deyil.

Nazirlik rəsmisi yaxın vaxtlarda nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcəyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti