...

20 şəhid və qazi ailəsi üzvü Azərbaycan vətəndaşlığına qəbul edilib (FOTO)

Cəmiyyət Materials 18 Mart 2021 17:39 (UTC +04:00)
20 şəhid və qazi ailəsi üzvü Azərbaycan vətəndaşlığına qəbul edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Martın 17-də Prezident İlham Əliyevin 20 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi haqqında imzaladığı sərəncamın icrasına uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən həmin şəxslərə müvafiq arayışlar təqdim edilib.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunanların hər biri rəşadətli Ordumuzun qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsinin iştirakçıları, şəhid və qazi ailələrinin üzvləridir. Sənədlər Bakı da daxil olmaqla, Masallı, Cəlilabad, Şəki, Qazax, Ağstafa, Gəncə, Goranboy və Mingəçevirdə yaşayan vətəndaşlara yaşadıqları ünvanlarda verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti