...

Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq

Cəmiyyət Materials 12 Aprel 2021 20:03 (UTC +04:00)
Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin iştirakı ilə Hərbi Qənimətlər Parkının açılışı olub.

Trend-in məlumatına görə, aprelin 12-si və 13-də Hərbi Qənimətlər Parkında müxtəlif media qurumlarının çəkilişləri təşkil olunur.

Aprelin 14-dən isə sözügedən park vətəndaşların üzünə açıq olacaq.

Vətəndaşların parka ziyarəti pandemiyaya qarşı profilaktik tədbirlərə uyğun olaraq tənzimlənəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti