...

Vətən Müharibəsi qəhrəmanları ilə bağlı mənzillər, xatirə yerləri tarixi abidə hesab olunacaq

Cəmiyyət Materials 6 May 2021 14:26 (UTC +04:00)
Vətən Müharibəsi qəhrəmanları ilə bağlı mənzillər, xatirə yerləri tarixi abidə hesab olunacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının həyatı ilə bağlı mənzillər, xatirə yerləri, sənədlər və əşyalar tarixi abidələr sayılacaq.

Trend-in məlumatına görə, bununla bağlı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının həyatı ilə bağlı mənzillər, xatirə yerləri, sənədlər və əşyalar da tarixi abidə hesab olunacaq.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti