...

A-Qroup terrordan əziyyət çəkən uşaqları ziyarət edib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2021 11:00 (UTC +04:00)
A-Qroup terrordan əziyyət çəkən uşaqları ziyarət edib (FOTO)

Bakı. Trend:

1 iyun - uşaqların, əsasən də çətin həyat vəziyyətində olanlar beynəlxalq müdafiəsi günüdür.

2020-ci ilin oktyabr ayında baş verən faciəvi hadisələri hamımız xatırlayırıq: Gəncə şəhərində baş verən terror aktı nəticəsində bir çox insan əziyyət çəkdi, bir gecədə dörd uşaq valideynini itirdi. Faciənin ilk günündən A-Qroup sığorta şirkəti bu uşaqların yetkinlik yaşına qədər bütün tibbi xərclərini öz üzərinə götürdü və son 7 ay ərzində onlarla daim əlaqə saxladı.

Uşaqlar Günü münasibətilə A-Qroup sığorta şirkətinin nümayəndələri çox sayda hədiyyə hazırlayaraq Nilay, Xədicə, Sevil və Hüseynlə görüşüblər.

Hər bir uşağa xoşbəxtlik və can sağlığı arzulayırıq. Axı uşaqlıq ən yaxşı zamandır və təbii ki, xoşbəxt keçməlidir. Hər bir uşaq valideynlərinin və dövlətin himayəsində olsun. Uşaqlarımız özlərini təhlükəsiz və xoşbəxt hiss etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti