...

Yeddi min hektardan çox ərazi minalardan təmizlənib (FOTO)

Cəmiyyət Materials 17 İyun 2021 14:09 (UTC +04:00)
Yeddi min hektardan çox ərazi minalardan təmizlənib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan ordusunun istehkamçıları qardaş Türkiyədən gələn istehkamçılarla birlikdə işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış döyüş sursatlarından təmizləmə işlərini davam etdirirlər və indiyə qədər 7 min hektardan çox ərazi təmizlənərək müvafiq dövlət qurumlarına təhvil verilib.

Bunu Trend-ə polkovnik Ceyhun Bağırov deyib.

O bildirib ki, Türkiyədən 20 ədəd MEMATT (mexaniki minatəmizləyən maşın) tipli texnika alınması planlaşdırılıb: “Onun yarısı Azərbaycana gətirilib və hazırda işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış döyüş sursatlarından təmizləmədə istifadə edilir”.

C.Bağırov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə daha çox tank əleyhinə və piyada əleyhinə minalara rast gəlinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti