...

DEFSCOPE Kibertəhlükəsizliyinizin xidmətində (FOTO)

Cəmiyyət Materials 12 Noyabr 2021 15:30 (UTC +04:00)
DEFSCOPE Kibertəhlükəsizliyinizin xidmətində (FOTO)

Bakı. Trend:

“DEFSCOPE” MMC “Oktyabr - Kibertəhlükəsizlik Maarifləndirmə Ayı” çərçivəsində İnformasiya Təhlükəsizliyi və onun əhəmiyyəti, həmçinin kiber hücumlara qarşı mübarizənin gücləndirilməsinin Azərbaycanın biznes mühitinə verdiyi faydalarla bağlı maarifləndirmə işləri görmüşdür.

Şirkət “Müəssisə əməkdaşları üçün İnformasiya Təhlükəsizliyinin əsasları”, “Kibertəhlükəsizliyimizi necə təmin edək?”, həmçinin “Azərbaycan Sahibkarlar Konfederasiyası” və “Caspian Energy Club”-un təşkilatçılığı ilə 21 və 28 oktyabr tarixlərində “İnformasiya Təhlükəsizliyi və onun biznes üçün əhəmiyyəti” adı altında silsilə vebinarlar keçirmişdir. Bu vebinarlarda “DEFSCOPE” MMC-nin direktoru və təsisçisi Vüsal Salmanlının, o cümlədən İnformasiya Təhlükəsizliyi üzrə aparıcı mütəxəssis Xəyalə Əliyevanın iştirakı ilə şirkətlərdə İnformasiya Təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyəti, ümumilikdə müəssisələrin informasiya sistemlərini təhlükə altına ala biləcək risklər, kiber hücumlara qarşı mübarizə metodları və onların tətbiqi ilə bağlı geniş məlumatlar verilmişdir.

Bununla yanaşı maarifləndirmə ayı ərzində DEFSCOPE mühüm əməkdaşlıqlara da imza atmışdır. 7 oktyabr tarixində “Fortinet” şirkəti “DEFSCOPE” MMC-nin dəvət etdiyi görüşdə iştirak edərək öz məhsullarını təqdim etmiş və DEFSCOPE komandası ilə Fortinet məhsullarının dəstəyi ilə şirkətlərdə İT infrastrukturunun kibertəhlükəsizlik yönümlü tərtibi haqqında maarifləndirici söhbətlər aparmışdır.

18 oktyabr tarixində Azərbaycanda ilk dəfə olaraq “DEFSCOPE” şirkətinin direktoru Vüsal Salmanlı və “MEGASCOPS” şirkətinin həmtəsisçisi Elxan Poladlının təşəbbüsü ilə INSECO - İnformasiya Təhlükəsizliyi Təşkilatı İctimai Birliyinin açılışı olmuşdur. Onlayn formatda keçirilmiş görüşdə təşkilatın yaranma tarixi, məqsədləri və gələcək fəaliyyətləri barəsində geniş söhbətlər aparılmışdır. Qeyd edək ki, bu ictimai birlik Azərbaycanda İnformasiya Təhlükəsizliyi sahəsində QHT kimi qeydiyyatdan keçmiş ilk qurumdur.

Paralel olaraq DEFSCOPE-un sosial platformalarda, xüsusilə ötən ay ərzində yenicə fəaliyyətə başlayan YouTube kanalında kibertəhlükəsizlik sferasında önəmli yer tutan statistikalar, bu sahəyə aid terminlər, kiber hücum növləri və ona qarşı mübarizə aparmağın üsulları haqqında maarifləndirici paylaşımlar etmiş, İnformasiya Təhlükəsizliyi ilə bağlı aktual mövzuları işıqlandırmışdır.

Qeyd edək ki, Azərbaycan şirkəti olan “DEFSCOPE” MMC 2018-ci ildən qlobal arenada kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərməyə başlamış və qısa müddətdə dünyanın bir sıra aparıcı şirkətləri ilə əməkdaşlıq etmişdir. Şirkət hazırda Kanada, Amerika, Avropa və Azərbaycan olmaqla yerli və beynəlxalq sferada peşəkar kibertəhlükəsizlik xidmətləri göstərməyə davam edir. Şirkətin məqsədi Azərbaycanın biznes mühitinin həm yerli, həm də beynəlxalq mühitdə inkişafına İnformasiya Təhlükəsizliyi nöqteyi-nəzərdən fəal şəkildə dəstək olmaq, bununla bağlı hərtərəfli maarifləndirmə işləri görməkdir.

Şirkətin fəaliyyətləri ilə daha ətraflı tanış olmaq və xidmətlərdən yararlanmaq üçün rəsmi internet səhifəsi: https://www.defscope.com/.

Əlaqə vasitələri:

[email protected]

+99412 4092565

Məqalədə:
Xəbər lenti

Xəbər lenti