...

Bu il 340 şəxsin ölkəyə readmissiyası həyata keçirilib - Miqrasiya Xidməti

Cəmiyyət Materials 24 Noyabr 2021 15:33 (UTC +04:00)
Bu il 340 şəxsin ölkəyə readmissiyası həyata keçirilib - Miqrasiya Xidməti

Bakı. Çingiz Səfərli - Trend:

2021-ci il ərzində (17 noyabradək) 653 nəfər (övladları ilə birlikdə 678 nəfər) Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı müraciət edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bütün müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılır.

Həmçinin, qeyd olunub ki, Azərbaycan Respublikası tərəfindən imzalanmış readmissiya sazişləri çərçivəsində 2021-ci ilin 10 ayı ərzində 340 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti